Runinin komandasına ağır cəza
İngiltərənin “Derbi Kaunti” ağır sanksiyaya məruz qalıb.
Sportline.az xəbər verir ki, İngiltərə Futbol Liqası Çempionşip təmsilçisinin 12 xalının silinməsinə qərar verib.
Klub maliyyə feyr-pleyini pozduğuna və kənar nəzarətin tətbiqinə görə bu cəza ilə üzləşib.
Qeyd edək ki, “Derbi Kaunti”nin baş məşqçisi İngiltərə millisinin və “Mançester Yunayted”in keçmiş futbolçusu Ueyn Runidir.