Rusiya Avropa çempionatından imtina etdi
Rusiyanın sambo üzrə seçmə komandası Türkiyədə keçiriləcək Avropa çempionatında iştirakdan imtina edib. SportLine.az Olimpiya.az saytına istinadən xəbər verir ki, buna səbəb iki ölkə arasında son günlər yaranmış gərginlikdir.
Rusiya Sambo Federasiyası 4-7 dekabr tarixlərində İstanbulda baş tutacaq qitə birinciliyinə qatılmayacaqlarını bəyan edib. Federasiya prezidenti Maksim Borisov baş verənlərdən sonra Türkiyəyə getməyi məqsədəuyğun bilmədiklərini söyləyib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin eyni zamanda Dünya Sambo Federasiyasının fəxri prezidentidir.