Rusiya həndbolçuları sanksiyanın ilk qurbanı oldu
Rusiyanın kişi həndbolçuları sabah başlanacaq dünya çempionatında Rusiya idmançıları kimi deyil, ölkənin həndbol federasiyasının komandası qismində çıxış edəcək.
Sportline.az xəbər verir ki, İdman Artbitraj məhkəməsi WADA-nın tövsiyəsi ilə 2022-ci ilin sonunadək Rusiyanı cəzalandırıb.
Qərara əsasən şimal qonşularımızın atletləri ölkənin bayrağı altında çıxış etmək hüququndan məhrum olunublar. Bundan başqa Rusiyanın gerbi göstərilə, dövlət himni səsləndirilə bilməz. Sanksiyanın ilk qurbanı isə kişi həndbolçulardır. Maraqlıdır ki, bayramlara görə Rusiyanın atributikaları olmayan yeni forma dəstləri hazırlamaq üçün kifayət qədər vaxt olmayıb.Ona görə də həndbolçuların geyimlərində rəmzlərin üstü sadəcə örtülüb.
27-ci dəfə keçiriləcək mötəbər yarışa Misir ev sahibliyi edir. Sabah başlanan turnir yanvarın 31-nə kimi davam edəcək. Pandemiyaya görə arenalara azarkeşlər buraxılmayacaq. 2015-ci ildə Qətərdə təşkil olunan dünya çempionatından sonra ilk dəfə mundial Avropadan kənarda keçiriləcək. Sonuncu dəfə 2019-cu ildə Danimarkada təşkil edilən dünya çempionatında meydan sahibi komanda qızıl medallara sahib olmuşdu.