Rusiya İranla heç-heçə etdi

Rusiya millisi bu gün İranla yoxlama oyunu keçirib.

Sportline.az xəbər verir ki, görüş Tehranda "Azadi" stadionunda olub. Matç 1:1 hesabı ilə başa çatıb. 

Hesabı 29-cu dəqiqədə Rusiya yığmasından Anton Mirançuk açıb. Bərabərlik qolunu 47-ci dəqiqədə Mehdi Taremi vurub.

Qeyd edək ki, Rusiyanın Ukrayna ərazisinə silahlı müdaxiləsinə görə ölkənin yığma komandası beynəlxalq yarışlardan kənarlaşdırılıb. Ona görə də komanda yoxlama görüşləri keçirmək qərarına gəlib.

Banner