Rusiya klubu baş məşqçi ilə yollarını ayırıb

"Fakel" futbol klubu tacikistanlı baş məşqçi İqor Çerevçenko ilə yolların ayrıldığını açıqlayıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, klub qarşılıqlı razılıq əsasında 49 yaşlı mütəxəssislə müqaviləyə xitam verib.

Çerevçenko 2024-cü ilin aprelindən "Fakel"ə rəhbərlik edirdi. Klub onun rəhbərliyi altında ötən mövsümü tarixinin ən yüksək pilləsində bitirib.(11).

Qeyd edək ki, "Fakel" Rusiya Premyer Liqasında 4 turdan sonra 1 xalla 16-cı pillədə qərarlaşır.Komanda son olaraq avqustun 11-də "Krılya Sovetov"a 2-0 hesabı ilə məğlub olub.