Rusiya klubunda koronavirus şoku

Rusiya Milli Futbol Liqasının 12-ci turunun “Tom” – “Şinnik görüşü təxirə salınıb.

Sportline.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb “Şinnik”in 12 futbolçusunun koronavirusa yoluxmasıdır.

Yaroslavl təmsilçisinin bütün heyəti iki həftəlik karantinə alınıb.

Bildirilir ki, sentyabrın 27-sində keçirilməli olan lakin təxirə salınan matçın taleyi ilə bağlı son qərarı Rusiya Futbol İttifaqı verəcək.