Rusiya millisi sentyabr ayında iki yoldaşlıq oyunu keçirəcək
Rusiya millisi sentyabr ayında Tayland və Vyetnam ilə yoldaşlıq oyunu keçirəcək.
Sportline.az xəbər verir ki, bu barədə jurnalist Maksim Allanazarov öz Telegram kanalında məlumat yayıb.
Mənbənin sözlərinə görə hər 2 oyun Vyetnamda baş tutacaq.
Xatırladaq ki, Rusiya millisi 2022-ci ildən FİFA və UEFA-nın qərarı ilə Ukraynadakı vəziyyətlə əlaqədar beynəlxalq yarışlardan kənarlaşdırılıb.Aanaloji vəziyyət klub səviyyəsində də keçərlidir - RPL klublarının Avrokuboklarda iştirak etməsinə qadağa qoyulub.