Rusiya millisi Uruqvayla yoldaşlıq oyunu keçirə bilər

RFF-nin baş katibi Maksim Mitrofanov Rusiya millisinin Uruqvayla mümkün yoldaşlıq oyunundan danışıb.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, Mitrofanov 2025-ci və ya 2026-cı ildə iki komanda arasında yoldaşlıq oyununun keçirilə biləcəyini deyib. 

Rusiya seçməsi son olaraq sentyabr toplanışında səfərdə Vyetnamı 3-0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, Rusiya komandaları siyasi səbəblərdən FİFA və UEFA-nın himayəsi altında keçirilən beynəlxalq yarışlardan uzaqlaşdırılıb.