Rusiya millisinin Vyetnam və Tailandla oyunlar üçün heyəti açıqlanıb

Rusiya millisi sentyabrın 1-də başlayacaq toplanış üçün genişləndirilmiş heyəti açıqlayıb.

Sportline.az xəbər verir ki, bu toplanış çərçivəsində Valeri Karpinin komandası iki yoldaşlıq oyunu keçirəcək - Vyetnam (5 sentyabr) və Tailand (7 sentyabr).

Heyətə aşağıdakı oyunçular daxil olub.

Qapıçılar: Matvey Safonov (PSJ), Andrey Lunyov ("Dinamo"), Aleksandr Maksimenko ("Spartak"), Yevqeniy Latışonok ("Zenit"), İlya Lantratov ("Lokomotiv").

Müdafiəçilər: Vyaçeslav Karavayev, Yuri Qarşkov ("Zenit"), İlya Vaxaniya, Andrey Lanqoviç, Maksim Osipenko ("Rostov"), İqor Diviev, Danil Kruqovoy (ÇSKA), Yevqeniy Morozov,  Aleksandr Silyanov ("Lokomotiv"), Ruslan Litvinov,  Daniil Xluseviç ("Spartak"), Aleksandr Soldatenkov ("Krılya Sovetov").

Yarımmüdafiəçilər: Danil Qlebov ("Rostov"), Artem Karpukas, Dmitriy Barinov, Aleksey Batrakov, İlya Samoşnikov, Serqey Pinyayev ("Lokomotiv"), Daler Kuzyayev ("Le Havr"), Danil Prutsev, Anton Zinkovskiy ("Spartak"), Nikita Krivtsov, Danila Kozlov ("Krasnodar"), Daniil Fomin ("Dinamo"), Serqey Babkin ("Krılya Sovetov"), İvan Oblyakov (ÇSKA), Maksim Qluşenkov, Andrey Mostovoy ("Zenit"), Leçi Sadulayev ("Axmat").

Hücumçular: Konstantin Tyukavin ("Dinamo"), Dmitriy Vorobyov ("Lokomotiv"), Tamerlan Musayev (ÇSKA), Qerman Onuqha ("Vayle").