Rusiya Premyer Liqası tarixinin bombardiri dəyişib

"Zenit" komandasının futbolçusu Artyom Dzyuba Rusiya çempionatları tarixində ən yaxşı bombardirlər siyahısında birinci yerə yüksəlib.

Sportline.az xəbər verir ki, 33 yaşlı hücumçu 144-cü qolunu vurub. O, son olaraq, Premyer Liqada XIII turun Moskva "Dinamo"suna 1:4 hesabı ilə uduzduqları görüşdə fərqlənib.

Daha əvvəl rekord 143 dəfə fərqlənmiş Oleq Veretennikova məxsus idi. Üçüncü pillədə isə 139 qolla Aleksandr Kerjakov qərarlaşıb. Həm Veretennikov, həm də Kerjakov karyeralarını artıq başa vurub.

Qeyd edək ki, Artyom Dzyuba "Zenit"dən əvvəl "Spartak", "Tom", "Rostov" və Tula "Arsenal"ının formasını geyinib.