Rusiya Premyer Liqasında günün oyun cədvəli

Rusiya Premyer Liqasında 5-ci tura bu gün yekun vurulur.

Sportline.az xəbər verir ki, bu günə 2 oyun nəzərdə tutulub.

İlk olaraq meydana "Akron" və "Rubin" komandaları çıxacaqlar. Samara şəhərində keçiriləcək görüş 18:30-da başlayacaq.

Günün ikinci oyununda "Dinamo" Mahaçkala və "Axmat" Qroznı münasibətləri aydınlaşdıracaqlar. Bu matç saat 21:00-da start götürəcək.

Qeyd edək ki, 5 turdan sonra yarış cədvəlinə 13 xalla "Zenit" başçılıq edir. Moskva "Dinamo"su və "Lokomotiv" 12 xalla 2-ci və 3-cü pillələri bölüşürlər.