Rusiyada hakimi döydülər

Rusiyada həvəskarlar arasında çempionatın III divizionunda "Anquşt" - "Energetik" (2:1) matçında dava düşüb.

Sportline.az Rusiya Futbol Federasiyaları Birliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə 88-ci dəqiqədə "Anquşt"un qapısına penalti təyin olunması səbəbi ilə başlayıb.

Penalti qərarına görə hakimi söyən Bekxan Əliyev qırmızı vərəqə ilə cəzalandırılıb. Meydanı tərk edərkən əlindəki sarğını çıxararaq yan xətt hakiminin üstünə tullayıb. 

Final fitindən sonra "Anquşt"un futbolçuları baş hakim Sergey Smirnovu mühasirəyə alıb onu döyməyə başlayıblar. Maqomed Balayev hakimin üzünə yumruqla, Ruslan Zyazikov ayağı və əli ilə zərbə endirib. Bekxan Əliyev isə köməkçi hakim Vitali Naumovu yıxaraq ona bir neçə zərbə endirib.

Daha sonra meydana hər iki klubun azarkeşləri daxil olub və onların da iştrakı ilə dava kütləvi xarakter alıb. 

Futbol Federasiyaları Birliyi Bekxan Əliyevi iki il, Maqomed Balaev və Ruslan Zyazikovu bir il, Safarbek Maxriyevi isə 6 aylıq futboldan kənartlaşdırıb.

Həmin dəhşətli epizodun videogörüntüsünü təqdim edirik: