Rusiyalı qapıçının PSJ-dəki məvacibi bəlli olub

PSJ-nin və Rusiya millisinin qapıçısı Matvey Safonov Paris klubunda ayına 400 000 min avro maaş alır.

Sportline.az xəbər verir ki, bu barədə Soccer.ru saytı məlumat yayıb.

Mənbənin sözlərinə görə bu məbləğ əsas qapıçı Donnarumananın maaşından 2 dəfə azdır.(849 500 min avro).

Ötən mövsüm paytaxt klubunun şərəfini qoruyan Keylor Navas isə aya 572 600 min avro qazanırdı.

Fransa mətbuatına görə bu, ikinci qapıçı üçün kifayət qədər yaxşı məbləğdir. Safonov "Krasnodar"dakı maaşı 123 000 min avro idi.

Qeyd edək ki, 25 yaşlı qapıçı böyük ehtimalla sabah Çempionlar Liqasında PSJ-nin heyətində debüt edəcək.