Rusiyalı idmançılar Paris Olimpiyadasında finala yüksəliblər

Rusiyalı tennisçilər Mirra Andreeva və Diana Şnayder Parisdə keçirilən Olimpiya Oyunlarının qadın cütlüklərində finala yüksəliblər.

Sportline.az xəbər verir ki, onlar, yarımfinalda ispaniyadan olan rəqibləri Kristina Bukşa/Sara Sorribes-Tormo duetini 6:1 və 6:2 hesabı ilə məğlub ediblər.

Görüş 1 saat 15 dəqiqə davam edib.

2024-cü il Olimpiadasının finalında rusiyalılar üçüncü sıradakı italiyalı tennisçilər Yasmin Paolini və Sara Errani ilə qarşılaşacaqlar. Qızıl medal uğrunda görüş avqustun 4-ü bazar günü keçiriləcək.