Rusiyalı MMA döyüşçüsü atışmada gözünü itirib

Rusiyalı MMA döyüşçüsü Ruslan Kraynov gecə klubunda baş verən hadisə zamanı gözündən güllə yarası alıb.

Sportline.az xəbər verir ki, nəticədə 29 yaşlı idmançı gözünü itirib.

Həkimlərin bütün cəhdlərinə baxmayaraq onun gözünü xilas etmək mümkün olmayıb.

Hadisənin videogörüntülərinə əsasən Kraynov gecə klubunu atəşə tutulması nəticəsində xəsarət alıb. 

Axtarışlar nəticəsində şübhəli bilinən çeçen əsilli bir neçə şəxs polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, Ruslan Kraynov peşəkar arenada keçirdiyi 6 döyüşün hamısında qələbə qazanıb.