Rüstəm Alimli: "Komandanın çıxışından razıyam"
“Azərbaycan çempionatından sonra ilk beynəlxalq yarışımız idi. Bunun nəzərə alaraq nəticəni uğurlu adlandırmaq olar”.
Bunu Sportline.az-a açıqlamasında yeniyetmə cüdoçulardan ibarət seçmə komandanın baş məşqçisi Rüstəm Alimli deyib. Gənc mütəxəssis Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan komandanın çıxışını müsbət qiymətləndirib: “Xüsusi ilə yarışın ikinci günündə komandamızın üzvləri etimadı doğrultdular. Düzdür, biz daha yaxşı nəticə gösləyirdik. Bəzi çəkilərdə medalların əyarı yüksək ola bilərdi. Amma, ümumilikdə komandanın çıxışından razı qaldıq. Qarşıda daha bir neçə beynəlxalq yarış olacaq. Həmin turnirlərdə də uğurlu çıxış edənlər Avropa və dünya çempionatlarında iştirak hüququ qazanacaqlar”.
Qeyd edək ki, Azərbaycan seçməsi sözügedən yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.