Rüstəm Allahverdiyev: "Neftçi" xeyriyyə matçı üçün Türkiyə klubları ilə danışıqlar aparmır"

"Qarabağ"ın adınca "Sabah" da Türkiyə klubu ilə xeyriyyə məqsədli yoldaşlıq oyunu keçirəcək. Bəs, görəsən, "Neftçi" bu təşəbbüslə çıxış edibmi?

Sportline.az saytına açıqlama verən "Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyev hələ ki, bu barədə heç bir danışığın getmədiyini bildirib:

"Hələ ki, belə bir söhbət yoxdur. Bu məsələ gündəmimizdə deyil. Türkiyə klubları ilə danışıqlar aparmamışıq".

Banner