“Sabah” “Araz-Naxçıvan”a, “Sumqayıt” “Zirə”yə qarşı

Misli Premyer Liqasında bu gün XIX tura start veriləcək.

Sportline.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə "Sabah" evdə "Araz-Naxçıvan"la üz-üzə gələcək. Görüş "Bank Respublika Arena"da, saat 16:00-da start götürəcək. "Sabah" hazırda 43 xalla turnir cədvəlinə başçılıq edir. 6-cı pillədə olan "Araz-Naxçıvan"ın 27 xalı var.

Günün son matçı Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edəcək. Oyuna Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuda, saat 18:30-da start veriləcək. "Sumqayıt" hazırda 30 xalla 4-cü yerdədir. Bir pillə aşağıda olan Bakı klubunun isə 29 xalı var.

Misli Premyer Liqası

II dövrə, XIX tur

8 fevral

16:00. "Sabah" – "Araz-Naxçıvan"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Əli Əliyev.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Emin Əliyev.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

"Bank Respublika Arena"

18:30. "Sumqayıt" – "Zirə"

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Alik Yunusov.

VAR: Rauf Cabarov.

AVAR: Kamran Əliyev.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Anar Şıxəliyev.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, XIX tura fevralın 10-da yekun vurulacaq.