"Sabah" futbolçusu ilə yolları ayırdı

"Sabah" klubu yarımmüdafiəçi Ayaz Quliyevlə vidalaşıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Ayaz 2023-cü ildən “Sabah”da çıxış edirdi. Quliyev, bu müddətdə Premyer Liqa klubunun heyətində 54 oyun keçirib.