"Sabah" NTD-yə qalib gəlib
Azərbaycan Basketbol Liqasının XIV turunda "Sabah" NTD-yə qalib gəlib.
Sportline.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutan A qrupunun görüşündə "bayquşlar" 96:85 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, XIV turun daha əvvəl keçirilən matçlarında "Neftçi" "Sərhədçi"ni 82:67, "Naxçıvan" "Abşeron"u 76:70, "Quba" "Sumqayıt"ı 90:80 hesabı ilə məğlub edib. Tura fevralın 8-də keçiriləcək oyunlarla yekun vurulacaq.