"Sabah" - "Qarabağ": 7000
Azərbaycan Premyer Liqasının 30-cu turunda keçirilən "Sabah” - “Qarabağ” matçına (2:1) azarkeşlər tərəfindən böyük maraq olub.
Sportline.az "Sabah"ın rəsmi saytına istinadən xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüşü 7 min tamaşaçı tribunalardan canlı izləyib. Bu, turun ən yüksək, mövsümün isə ikinci ən yaxşı göstəricisidir.
Qeyd edək ki, bu mövsümün rekordu da məhz Masazırda, çempionatın 14-cü turunda keçirilmiş “Sabah” – “Qarabağ” oyununda (0:0) qeydə alınmışdı – 10000 tamaşaçı.