"Sabah"dan yubiley qələbə
Misli Premyer Liqasının X turunda 1:0 hesabı ilə "Zirə"yə qalib gələn “Sabah” çempionatda 20-ci ev qələbəsini qazanıb.
Sprotline.az PFL-nin rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi 20-ci qələbəsini 57-ci oyununda əldə edib.
Bakı klubu öz meydanında ən azı 20 dəfə üç xal qazanan 32-ci komanda olub.
Qeyd edək ki, “Sabah” Premyer Liqadakı ilk ev qələbəsini 2018-ci il sentyabrın 16-da “Qəbələ” üzərində qazanıb – 1:0.