"Sabah"ın sabiq baş məşqçisinin yeni klubu

"Sabah"ın sabiq baş məşqçisi Visente Qomes karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Sportline.az xəbər verir ki, o, "Al-Ayn"ın baş məşqçisi Sergey Rebrovun köməkçisi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Qomes bundan əvvəl "Dinamo" (Kiyev) və "Əl-Əhli"də ukraynalı mütəxəssisin köməkçisi vəzifəsində işləyib.

Xatırladaq ki, ispan çalışdırıcı  2020-ci ilin iyulundan bu ilin martına kimi "Sabah"ın baş məşqçisi olub.