"Sabah"ın heyətində ciddi itki

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları keçiriləcək. 

Sportline.az xəbər verir ki, "Qarabağ"ın qonağı olacaq "Sabah" turun mərkəzi oyununa ciddi itki ilə çıxacaq. 

Masazır təmsilçisinin və çempionatın bombardiri olan Joy-Lens Mikels "Azərsun Arena"dakı görüşdə komandasına kömək edə bilməyəcək. Buna səbəb Konqo əsilli almaniyalı yarımmüdafiəçinin cəzalı olmasıdır. Mikels "Şamaxı" ilə oyunda aldığı sarı vərəqə səbəbindən cəzalı duruma düşüb. 

Qeyd edək ki, Coy-Lens Mikels 22 oyunda 11 qol vuraraq "Zirə"li Davit Volkovla şərikli bombardirdir. 

"Qarabağ" - "Sabah" görüşü bu gün saat 19:00-da başlanacaq.