"Sabah"ın itkiləri
"Sabah" Azərbaycan Premyer Liqasının XXVI turunda bu gün "Sumqayıt"la qarşılaşacaq.
Sportline.az xəbər verir ki, Masazır təmsilçisində iki futbolçu cəza səbəbindən bu görüşü buraxacaq. Yarımmüdafiəçi Aleksey İsayev sarı vərəqə limitinə, Anatoli Nuriyev isə ötən turun "Kəpəz"lə oyununda (2:0) qırmızı vərəqə aldığı üçün matçda iştirak etməyəcək.
Müdafiəçi Bəxtiyar Həsənalızadə və yarımmüdafiəçi Kristian Sebalyosun isə yüngül zədəsi var. Onların "Sumqayıt"la oyunda olub-olmayacaqları məlum deyil.
Qarşılaşma saat 19:00-da start götürəcək.