"Sabah"ın məşqçiləri açıqlandı
"Sabah"ın yeni baş məşqçisi Murad Musayevin paytaxt təmsilçisindəki köməkçiləri müəyyənləşib.
Sportline.az klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, söhbət Artur Olenin, Aleksey Malaxov və Vitali Korneyevdən gedir.
Qeyd edək ki, "Sabah" rusiyalı mütəxəssislə 2 illik müqavilə bağlayıb.