"Sabah"ın planları açıqlandı

"Sabah"ın qış hazırlığı üçün ilkin planı açıqlanıb. 

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi mövsümün ikinci yarısına Türkiyədə hazırlaşacaq.

Artıq səfər qrafiki də məlumdur:
 
Komanda hazırlıqlara yanvarın 6-da Bakıda başlayacaq. Bir həftəlik qısa tsiklin ardından Türkiyədə təlim-məşq toplanışı planlaşdırılır. Yanvarın 12-26-sı aralığında Antalya şəhərində toplanış nəzərdə tutulub.

Hazırlıq çərçivəsində 3 yoxlama görüşünün keçirilməsi gözlənilsə də, rəqiblərin kimliyi hələ dəqiqləşməyib.