Sabiq güləşçimiz "Bellator"da döyüşə çıxır

Azərbaycan millisinin sabiq sərbəst güləşçisi Əli İsayev “Bellator-290” turnirində döyüşə çıxacaq.

Sportline.az xəbər verir ki, onun rəqibi ABŞ təmsilçisi Stiv Mouri olacaq.

Görüşün dəqiq vaxtı açıqlanmasa da, artıq hər iki idmançının bununla bağlı razılığı alınıb.

31 yaşlı amerikalı döyüşçü bundan əvvəlki görüşlərinin hamısında qalib gəlib.

Qeyd edək ki, Əli İsayev 2019-cu ildə ağır çəkidə ABŞ-ın Las-Veqas şəhərində təşkil olunan PFL Qran Prisinin qalibi olub. MMA döyüşçüsü həmin vaxtdan yarışa çıxmayıb. İsayev 2009-cu ildə Azərbaycan yığmasının heyətində 120 kq çəki dərəcəsində Avropa çempionu olub.