Sabiq "Milan"lı "İnter"ə keçə bilər

"Milan"ın sabiq qapıçısı Canluici Donnaruma karyerasını yenidən ölkəsində davam etdirə bilər.

Sportline.az insayder Canluka Di Marzionun məlumatına istinadən xəbər verir ki, "İnter" C.Donnarumanı transfer etmək üçün hərəkətə keçib.

Nerazzuri bu keçid üçün PSJ-yə 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Donnarumanın Fransa klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.