Sabiq "Milan"lı "Yuventus"a transfer ola bilər

"Milan" klubunun sabiq futbolçusu Sandro Tonali mövsümün sonunda "Yuventus"a transfer ola bilər.

Sportline.az "Football İnsider"a istinadən xəbər verir ki, "Yuventus" klubu "Nyukasl"ın italiyalı futbolçusu Sandro Tonali üçün 45 milyon avro ödəməyə hazırdır.

İtaliya klubu bu keçidi mövsümün sonunda həll etmək niyyətindədir.

Qeyd edək ki, S.Tonalinin "Nyukasl"la müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

24 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 18 matçda 2 qol və 2 asistlə yadda qalıb.