İslamiada: Sablya üzrə qadınlardan ibarət millimizdən qızıl medal

Sablya üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünü keçirib.

Sportline.az xəbər verir ki, yığma qızıl medal uğrunda qarşılaşmada Özbəkistanla qarşılaşıb

 45:34 hesabı ilə qalib gələn komandamız İslamiadanın qalibi olub.