Safonov PSJ ilə ardıcıl 3-cü oyununa çıxa bilər

Rusiya millisinin qapıçısı Matvey Safonov PSJ-nin Liqa 1-in 6-cı turunda qarşılaşacağı "Renn"lə oyunu üçün iştirak ərizəsinə daxil edilib.

Sportline.az Rusiya mətbuatına istinadla xəbər verir ki, son 2 oyunda parislilərin qapısını qoruyan 25 yaşlı qolkiperin bu görüşdə də meydanda olacağı gözlənilir.

Qeyd edək ki, klubun əsas qapıçısı Cianluci Donnaruma artıq zədəsini sağaldıb və komanda ilə məşqlərə başlayıb.

PSJ - "Renn" oyunu bu gün saat 23:00-da start götürəcək.