Salah karyerasını İtaliya nəhəngində davam etdirə bilər
“Liverpul”un misirli futbolçusu Mohamed Salah karyerasını “Yuventus”da davam etdirə bilər.
Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Yuventus” Salahı mövsümün sonunda azad agent kimi heyətinə qatmağı planlaşdırır.
Salah “Liverpul”dan ayrılacağını açıqlayıb.
Qeyd edək ki, 32 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 27 matçda 21 qol və 17 asistlə yadda qalıb.