Saleh Məmmədov: "Həndbolda ilk qızıl medal mənim dövrümdə qazanılıb"
"Azərbaycan həndbolunda ilk qızıl medal mənim federasiyaya rəhbərlik etdiyim dönəmdə olub. Bu, Bakıdakı İslam Həmrəyliyi Oyunlarında gerçəkləşib".
Sportline.az xəbər verir ki, bunu Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov deyib.
O, Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında da medalçılar sırasına düşmək istədiklərini bildirib.
Məmmədov Azərbaycan çempionatı ilə bağlı məsələlərin müzakirə edildiyini söyləyib: "İdman yarışlarının və təlim məşq-toplanışının keçirilməsinə icazə verilsə, turnir baş tutacaq. Bu barədə məlumat verəcəyik. Yarışın mart-apreldə başlaması nəzərdə tutulur".