Saliba "Arsenal"ı tərk edə bilər

"Arsenal"ın fransalı müdafiəçisi Vilyam Saliba mövsümün sonunda komandasını dəyişə bilər.

Sportline.az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" və Mançester Siti" Salibanın xidmətində maraqlıdır.

24 yaşlı futbolçunun transfer qiyməti 80 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Salibanın "Arsenal"la müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 39 matçda 2 qolla yadda qalıb.