Vilyam Salibadan iddialı açıqlamalar

“Arsenal”ın müdafiəçisi Vilyam Saliba maraqlı açıqlamalarla diqqət mərkəzinə düşüb.

Sportline.az xəbər verir ki, ESPN nəşri 23 yaşlı futbolçunun sözlərinə bu cür yer verib.

"Dünyanın ən yaxşı müdafiəçisi olmaq üçün çox çalışıram. Düşünürəm ki, hazırda dünyanın ən yaxşı müdafiəçilərindən biriyəm, amma ən yaxşı olduğumu söyləmək üçün bəzi titulları qazanmalıyam. Hazırda çatışmayan tək şey budur. Əgər titullar qazansanız, o zaman ən yaxşı olduğunuzu deyə bilərsiniz" Saliba deyib.

Qeyd edək ki, fransalı müdafiəçi 2020-ci ildən çıxış etdiyi "Arsenal"da 87 oyuna çıxıb və 5 qol, 2 asistlə yadda qalıb.