Samet Aybaba AFFA ilə danışıqlar apardığını təsdiqləyib

Türkiyəli baş məşqçi Samet Aybaba Azərbaycan milli komandasına rəhbərlik edəcəyinə dair iddialara münasibət bildirib.

Sportline.az xəbər verir ki, 66 yaşlı mütəxəssis "Fanatik"ə açıqlamasında AFFA-nın onunla maraqlanması xəbərlərini təsdiqləyib.

O, hazırda danışıqların aparıldığını söyləyib: "Hələlik rəsmi anlaşma yoxdur. Danışıqlarımız davam edir".

Qeyd edək ki, Samet Aybaba sonuncu dəfə "Adana Demirspor"un baş məşqçisi olub. O, 2,5 aydır işsizdir.