Samir Abasov: Ümid edirəm ki, maraqlı oyun keçəcək və hakimlərin səhvi olmayacaq
Ümid edirəm ki, maraqlı oyun keçəcək və hakimlərin səhvi olmayacaq.
Sportline.az xəbər verir ki, bunu "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində səfərdə Macarıstan təmsilçisi "Fehervar"la oyunöncəsi mətbuat konfransında bildirib.
Mütəxəssis sabah baş tutacaq matçla bağlı bunları deyib:
"Fehervar"ın oyunlarına baxmışdıq. Ümid edirəm ki, maraqlı oyun keçəcək və hakimlərin səhvi olmayacaq. İlk oyunda uduzmağımızın səbəbləri var idi. Bura yaxşı əhval-ruhiyyə ilə gəlmişik. Yetərincə itkilərimiz var. Əlimizdən gələni edib, ümidləri doğrultmağa çalışacağıq. "Futbolçularla xüsusu söhbət olmayıb. Düşünürük ki, bu onlara əks-təsir edə bilər. O elə epizodlar idi ki, necə qorunacağını bilmirsən. Ümid edirəm ki, sabahkı oyunda fikirlərimiz hakimdə qalmayacaq. Futbolçular standart vəziyyətlərdə diqqətli olsa, hakimi unutdurmaq mümkündür. İabahkı oyunda şanslar bərabərdir. Azarkeşlər üçün oynayacağıq".
Qeyd edək ki, "Fehervar" - "Sumqayıt" matçı sabah Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq. Sumqayıtda baş tutan ilk görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.