Sampaoli qovula bilər
"Sevilya"da baş məşqçi Xorxe Sampaoli vəzifəsindən göndərilə bilər.
Sportline.az xəbər verir ki, La Liqa təmsilçisinin rəhbərliyi argentinalı mütəxəssisə iki oyunluq şans verib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
"Sevilya" Avropa Liqasında "Fənərbağça" və La Liqada "Almeriya"ya qarşı keçiriləcək oyunlarda uğursuz nəticə əldə etsə, Sampaoli qovulacaq.
Əndəlüs təmsilçisi çempionatda 25 xalla 17-ci sıradadır.