Sarri "Latsio" münasibətlərinə aydınlıq gətirildi
Maurisio Sarri karyerasını "Latsio"da davam etdirəcək.
Sportline.az "Tuttomercatoweb"ə istinadla xəbər verir ki, 64 yaşlı mütəxəssis romalılarla anlaşıb.
Onunla klub rəhbərliyi arasındakı anlaşılmazılığın aradan qaldırıldığı bildirilir.
Tərəflər əməkdaşlığı davam etdirmək qərarına gəliblər.
2021-ci ildə "Latsio"nun sükanı arxasına keçən Sarrinin klubla 2025-ci ilədək müqaviləsi var.