Sarri "Panatinaikos"un təklifini cavablandırdı
Maurisio Sarri Yunanıstanın "Panatinaikos" klubundan aldığı təklifi dəyərləndirməyib.
Sportline.az xəbər verir ki, italiyalı mütəxəssis afinalıların təklifinə "yox" cavabı verib.
Bu haqda tanınmış jurnalist Canluka Di Marsio məlumat yayıb.
Son iş yeri "Latsio" olan Sarrinin digər təklifləri nəzərdən keçirdiyi bildirilir.
Qeyd edək ki, "Panatinaikos" Fatih Terimin rəhbərliyi ilə son mövsümü 4-cü pillədə başa vurub.