Saypulla Absaidov: "Dünya çempionatında uğurlu nəticələrə ümid etmək olar"

Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatında uğurla çıxış edən sərbəst güləş komandamız vətənə dönüb.

Sportline.az saytına müsahibə verən sərbəst güləş üzrə seçməmizin baş məşqçisi Saypulla Absaidov komandanın çıxışını yüksək qiymətləndirib.

“Güləşçilərimizin cari ildə ilk ciddi yarışı idi. Avropa çempionatına yaxşı hazırlaşmışdıq. Bu uğur onların hazırlığının nəticəsi idi. İdmançılar əllərindən gələnin artığını etdilər. Əsasən də, Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov və qızıl medalın bir addımlığında məğlub olan Ağahüseyn Mustafayevin çıxışını fərqləndirərdim. Olimpiya xalları verəcək dünya çempionatında uğurlu nəticələrə ümid etmək olar”.

 Xatırladaq ki, idmançılarımızdan Şərif Şərifov, Hacı Əliyev və Cəbrayıl Həsənov Avropa çempionu olub. Ağahüseyn Mustafayev gümüş medal qazandığı halda, Nurməhəmməd Hacıyevlə Mahir Əmiraslanov bürünc mükafatla kifayətlənib.