Səbail Bolqarıstan klubuna uduzdu
Antalyada təlim-məşq toplanışında olan "Səbail" növbəti yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib Bolqarıstanın "Lokomotiv" kollektivi olub.
Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 1:3. Bakı təmsilçisinin heyətində yeganə qolu Vüqar Nadirov vurub.
Qeyd edək ki, "Səbail" Trükiyə toplanışı çərçivəsində daha iki görüşdə qüvvəsini sınayıb. Samir Əliyevin komandası Ukraynanın "Çernomorets" və Serbiyanın "Napredak" görüşlərində bərabərliyə (0:0 və 1:1) razılaşıb.