"Səbail" "Şamaxı" ilə bacarmadı, "Neftçi" "Sabah"a uduzdu
Bu gün Misli Premyer Liqasında 11-ci tura yekun vurulub.
Sportline.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş keçirilib.
Əvvəlcə "Səbail" "Şamaxı"nı qəbul edib. Oyunda qapılara qol vurulmayıb.
Turun mərkəzi oyununda turnir cədvəlində 2-ci pillədəki "Sabah" 3-cü pillədəki "Neftçi"nin qonağı olub. "Sabah" 3:2 hesablı qələbə qazanaraq xallarını 28-ə çatdırıb və 2-ci pillədəki mövqeyini möhkənləndirib. "Neftçi" 22 xalla 3-cüdür.
23 oktyabr (bazar)
18:30.“Neftçi” – “Sabah” - 2:3
Qollar: Coy Lens Mikels, 36 (0:1), Emmanuel Apeh, 45+7 (0:2), Aleksey İsayev, 52 (0:3), Ömər Buludov. 71 (1:3), Emin Mahmudov, 83-pen. (2:3)
Qırmızı vərəqə: İsmayıl Zülfüqarlı, 74 ("Neftçi")
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Tural Qurbanov
“Bakcell Arena”
16:00.“Səbail” – “Şamaxı” - 0:0
Qırmızı vərəqə: Tural Bayramlı, 42 ("Səbail")
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Səbuhi Bayramov
“ASCO Arena”
22 oktyabr (şənbə)
“Sumqayıt” – “Zirə” - 0:2
“Qəbələ” – “Kəpəz” - 1:1
20 oktyabr (cümə axşamı)
“Qarabağ” – “Turan Tovuz” - 3:0