"Səbail" və "Şəfa klubları üz-üzə gəliblər

Azərbaycan I Liqasının XIV turunda çempionluq uğrunda mübarizə aparan "Səbail" və "Şəfa klubları üz-üzə gəliblər.

Sportline.az xəbər verir ki, "ASCO Arena"da baş tutan matçda qalib müəyyənləşməyib - 0:0.

Turnir cədvəlinə 32 xalla "Şəfa" başçılıq edir. Ötən mövsüm Premyer Liqanı tərk edən "Səbail" 26 xalla üçüncüdür.

Qeyd edək ki, I Liqanı ilk pillədə başa vuran komanda birbaşa Premyer Liqaya vəsiqə əldə edəcək. İkinci olan komanda isə Premyer Liqanı 11-ci sırada bitirən kollektivlə pley-off mərhələsində qarşılaşacaq.