"Səbail"in legioneri kubok oyununda zədələnib
"Səbail" klubunun futbolçusu Nikolas Raysel zədələnib.
Sportline.az xəbər verir ki, 28 yaşlı hücumçu səfərdə "Zaqatala"ya qarşı keçirdikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda sıradan çıxıb.
45+1-ci dəqiqədə fransalı oyunçunun yerinə meydana Mirsayib Abbasov daxil olub.
Qeyd edək ki, qarşılaşmada ilk hissə başa çatıb və hesab açılmayıb.