Seçmə komandalarımız Gürcüstana yollanırlar
Qızlardan ibarət seçmə həndbol komandalarımız ciddi sınaq qarşısındadırlar.
Sportline.az xəbər verir ki, 2000-2001-ci il təvəllüdlü həndbolçulardan ibarət millimizi “Çhallenge Trophy” (Çelenc Trofi) turnirində, 2002-2003-cü il təvəllüdlü idmançılardan ibarət komandanı isə, açıq Avropa çempionatında mübarizə gözləyir.
Həndbolçularımız yaxın günlərdə, bu məqsədlə 3 yoxlama matçında qüvvələrini sınayacaqlar. Rəqib Gürcüstanın eyni yaş qrupundan olan seçmə kollektivlərdir. Qonşu ölkənin Telavi şəhərində keçiriləcək 3 yoxlama görüşü mayın 21-i, 22-si və 23-nə təyin olunub.
Qeyd edək ki, 2000-2001-ci il təvəllüdlü həndbolçularımız mayın 29-dan – iyunun 3-dək Bosniyanın Tuzla şəhərində keçiriləcək “Çhallenge Trophy” turnirinə qatılacaqlar. “B” qrupunda qərarlaşan komandamız, Böyük Britaniya, Bosniya Hersoqovina və Lüksemburq seçmələri ilə mübarizə aparacaq.
2002-2003-cü il təvəllüdlü həndbolçuların İsveçdə təşkil olunacaq açıq Avropa çempionatında isə, mübarizəyə iyulun 2-də start veriləcək. Qitə çempionunun adına iyunun 6-da aydınlıq gətiriləcək.