Seçmə komandamız Olimpiadadan kənarlaşdırıla bilər
Daha 3 ağırlıqqaldıranımız dopinq testdən keçə bilməyib. SportLine.az xəbər verir ki, Firudin Quliyev (69 kq), İntiqam Zairov (94 kq) və Dadaş Dadaşbəylidə (105 kq) dopinq aşkarlanıb.
Beləliklə, Hyustonda keçirilən Dünya çempionatında ağırlıqqaldıranlarımız 4 lisenziya əldə etsələr də, dopinq qalmaqalından sonra seçmə komandamız Olimpiadaya buraxılmaya bilər.
Xatırladaq ki, bundan əvvəl Valentin Xristov (62 kq), Elxan Əliquluzadə (77 kq) və Silviya Angelovada (48 kq) da dopinq aşkarlanmışdı. B testində nəticə dəyişməsə, ağırlıqqaldıranlarımız ömürlük diskvalifikasiya olunmaqla yanaşı, Olimpiadadan da kənar qalacaqlar.