Seçmə komandanın heyəti açıqlandı
21-23 oktyabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turniri keçiriləcək.
Sportline.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisi yarışa 16 cüdoçu sifariş edib. Onlardan 14-ü kişi, 2-si qadındır.
Kişilər: Kəramət Hüseynov, Balabəy Ağayev (hər ikisi 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq), Səid Mollayi, Elcan Hacıyev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq), Uşanqi Kokauri, Camal Qamzatxanov (hər ikisi +100 kq).
Qadınlar: Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq).
Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə dünya çempionatına qatılacaqlar. 6-12 oktyabrda baş tutacaq mundialda ölkəmiz 11 (9 kişi, 2 qadın) idmançı ilə təmsil olunacaq. Kişilərdən Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizə aparacaq. Qadınlardan isə Leyla Əliyeva (48 kq) ilə Gültac Məmmədəliyeva (52 kq) tatami üzərinə çıxacaq.