Seçməmiz Macarıstanı üstələyib, 2-ci pilləyə yüksəldi
Yunanıstanda şahmat üzrə Avropa çempionatı davam edir. SportLine.az xəbər verir ki, 7-ci turda kişilərdən ibarət komandamız Macarıstan, qadın şahmatçılarımız isə İngiltərə ilə üz-üzə gəliblər.
Kişi qrossmeysterlərimiz qələbə qazanmaqla yarış cədvəlində 2-ci pilləyə yüksəlib. İngiltərə ilə heç-heçə edən qadınlardan ibarət seçməmiz isə 15-cidir.
Kişilər
Azərbaycan – Macarıstan – 3:1
1. Şəhriyar Məmmədyarov (2791) – Peter Leko (2679) – 0.5:0.5
2. Teymur Rəcəbov (2741) – Viktor Erdoş (2624) – 1:0
3. Arkadi Naydiç (2702) – Riçard Rapport (2686) – 1:0
4. Rauf Məmmədov (2678) – Ferenc Berkes (2661) – 1:0
Turnir cədvəli: 1. Rusiya – 12 xal, 2. Azərbaycan – 11 xal, 3. Macarstan – 10 xal
Qadınlar
Azərbaycan – İngiltərə – 2:2
1. Günay Məmmədzadə (2393) – Yovanka Huska (2393) – 0.5:0.5
2. Zeynəb Məmmədyarova (2298) – Danye Ciuksayt (2318) – 0:1
3. Fətəliyeva Ülviyyə (2348) – Syu Marora (2077) – 1:0
4. Gülnar Məmmədova (2385) – Kanval Bahtia (2080) – 0.5:0.5
Turnir cədvəli: 1. Rusiya – 13 xal, 2. Gürcüstan – 12 xal, 3. Polşa – 10 xal… 15. Azərbaycan – 7 xal.